Ukraynanın Kiyev vilayətinin Vasilkov rayonu ərazisində Rusiya Ordusunun İL-76 təyyarəsi vurulub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Komandanlıqdan bildirilib ki, Belarus istiqamətində qalxdığı təxmin edilən təyyarədə 100-dən çox desantın olduğu ehtimal edilir. Ödürülən rus hərbçilərin sayı və kimliyi məyyənləşdirilir.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı Facebook səhifəsində Rusiyanın hərbi helikopteri və Su-25 hücum təyyarəsini vurması xəbərini paylaşıb.

“Gecəyarı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus S-300 zenit-raket kompleksi Birləşmiş Qüvvələr əməliyyatı bölgəsində iki düşmən hədəfini – bir helikopteri və bir Su-25 hücum təyyarəsini vurdu. Yaşasın Ukrayna zenitçiləri”, – xəbərdə deyilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın