Ukraynanın Kiyev vilayətinin Vasilkov rayonu ərazisində Rusiya Ordusunun İL-76 təyyarəsi vurulub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Komandanlıqdan bildirilib ki, Belarus istiqamətində qalxdığı təxmin edilən təyyarədə 100-dən çox desantın olduğu ehtimal edilir. Ödürülən rus hərbçilərin sayı və kimliyi məyyənləşdirilir.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı Facebook səhifəsində Rusiyanın hərbi helikopteri və Su-25 hücum təyyarəsini vurması xəbərini paylaşıb.

“Gecəyarı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus S-300 zenit-raket kompleksi Birləşmiş Qüvvələr əməliyyatı bölgəsində iki düşmən hədəfini – bir helikopteri və bir Su-25 hücum təyyarəsini vurdu. Yaşasın Ukrayna zenitçiləri”, – xəbərdə deyilir.

Öncəki xəbərVolodimir Zelenski: Bizim əsas məqsədimiz bu qırğına son qoymaqdır
Sonrakı xəbərAB Putin, Lavrov, Mişustin və Medvedevə qarşı sanksiyalar tətbiq edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın