Keniyalı atlet Aqnes Tiropun ölümündə şübhəli bilinən həyat yoldaşı İbrahim Kipkemoi Rotiç ölkədən qaçmağa çalışarkən saxlanılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Keniya polisi məlumat yayıb.

O, məişət münaqişəsi zəminində dünya rekordçusu olan idmançını öldürməkdə ittiham edilib. Qeyd edək ki, atlet qarın və boyun nahiyəsində bıçaq zərbələrilə evində ölü tapılıb.

Onun bir müddət öncə əri ilə ayrılaraq, valideynlərinin evində yaşadığı, daim həyat yoldaşı tərəfindən təhdid edildiyi bildirilib.

Yada salaq ki, Tirop qadınlar arasında 10 min metr məsafəyə qaçış üzrə dünya rekorduna sahibdir.

Öncəki xəbərMixail Xodarenok: Mən Azərbaycan Ordusunun düzgün dəyərdirməmişəm və yanılmışam
Sonrakı xəbərUkraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin müdafiə planını təsdiq edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın