İspaniyanın Kataloniya Muxtar Əyalətinin parlamenti birtərəfli qaydada əyalətin müstəqilliyini elan edib.

Kataloniyanın müstəqilliyinin elan edilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib. Məlumata görə, içəridə səsvermə gedən zaman müstəqillik tərəfdarları təhlükəsizlik baxımından parlamentin binasını mühasirəyə alıblar.

Minlərlə insan Kataloniya parlamentinin yaxınlığında toplaşaraq müstəqilliyin elan edilməsini qeyd edirlər.

İspaniya Senatı isə buna cavab olaraq regiona qarşı Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçiliyinə keçməsi deməkdir.

Küçələr çıxan insanlar “Azadlıq” və “Biz müstəqilik” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçıları Kataloniyanın himnini oxuyur.

Avropa Birliyi Kataloniyanın müstəqilliyini tanımayacağını bildirib

Avropa İttifaqı Kataloniya parlamentinin müstəqillik haqqında Bəyannamə qəbul etməsinə münasibət bildirib. Oxu.Az xəbər verir ki, bu barədə APA Hürriyetə istinadən məlumat yayıb. Qeyd edilir ki,  Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Kataloniynın müstəqillik elan etməsinin Avropa Birliyi üçün heç nəyi dəyişdirməyəcəyini bidirib.

O, AB-nin yalnız İspaniya Krallığının mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcəyini söyləyib: “Bizim tərəfdaşımız İspaniya olaraq qalacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın