Kanadanın Britaniya Kolumbiyası bölgəsində leysan yağışları ötən həftənin sonunda başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində daşqınlar səbəbindən azı 4 nəfər ölüb. Daşqınlarla bağlı olaraq ölkədə fövqəladə vəziyyət elan edilib.

Yerli polisin məlumatına görə, hazırda ən azı daha bir itkin düşmüş şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, bölgədə leysan yağışları ötən həftənin sonunda başlayıb. Bir neçə gün ərzində 250 mm-dən çox yağıntı düşüb ki, bu da aylıq normadan artıqdır.

Bəzi yerlərdə su anbarlarında suyun səviyyəsi 3,5 m qalxıb. Bu səbəbdən on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, yerli fermalarda minlərlə ev heyvanı tələf olub.

Kanada Silahlı Qüvvələri daşqınların nəticələrinin aradan qaldırılmasına cəlb edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın