“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladmir Putinlə telefon danışığı olub. Danışıq zamanı Ermənistan tərəfinin müraciəti Rusiya vasitəsilə Azərbaycana çatdırılıb”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi işğal olunmuş ərazilərimizi təhvil vermək üçün Azərbaycandan vaxt istəyib:

“Erməni silahlı qüvvələri insanların oranı tərk etməsi üçün noyabrın 25-nə kimi vaxt istəyib. Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Kəlbəcər-Zod-Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb”.

“Kəlbəcərin təhvil verilməsi ilə bağlı Azərbaycan humanist addım atıb və ermənilər noyabrın 25-dək onlar ərazini tərk edəcəklər”, – deyə H.Hacıyev qeyd edib.

Öncəki xəbərPaşinyan Qarabağdakı ordunu rəqibləri ilə mübarizə üçün İrəvana çağırdı
Sonrakı xəbərDonald Tramp prezident seçkilərindəki görünməmiş qanun pozuntularından danışdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın