Avropa Birliyi (AB) Ukraynaya 450 milyon avro məbləğində dəyərində öldürücü silahlar verəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna mətbuatında xəbər paylaşılıb.

“Tammiqyaslı müharibə davam etdiyi üçün biz Ukraynanı dəstəkləmək üçün hər şeyi etmək istəyirik. Qərara gəldik ki, Ukrayna ordusuna 450 milyon avro dəyərində ümumi dəstək paketi və daha 50 milyon qeyri-silah yardım paketi – yanacaq, qoruyucu vasitələrlə yardım göstərmək üçün imkanlarımızdan istifadə edək”, – AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

Borrelin sözlərinə görə, bütün bunlar Avropa Fondunun imkanları hesabına qarşılanacaq. “Tarixdə ilk dəfədir ki, biz bunu edirik və hamı bununla razılaşdı. Ən azı bu qərara mane olmadılar”, – ali nümayəndə vurğulayıb.

O, həmçinin bu materialların Ukraynaya çatdırılması üçün öz xidmətlərini təklif edən Polşaya təşəkkür edib.

Öncəki xəbərUkrayna Ordusu: Rusiyanın itkilərinin sayı 4 500 nəfərə çatır
Sonrakı xəbərBP şirkəti “Rosneft”dəki payından imtina edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın