Ötən gün tutduğu vəzifədən istefa verən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefasının səbəbləri barədə mətbuata açıqlama verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Sputnik Ermənistan” məlumat yayıb.

M.Akopyan Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanla aralarında yaşanan insidentlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O qeyd edib ki, N.Paşinyanın həyat yoldaşını hərbçilərin komanda məntəqəsində görüb:

“Ona dedim: burada kişilər danışır, söyüş söyürlər. O isə “yaxşı” dedi. Dörd saatdan sonra məni müdafiə naziri ilə görüşmək üçün İrəvana çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə oraya yollandım. Ancaq nazir mənə dedi ki, daha ora getməməliyəm”, – general-polkovnik bildirib.

M.Akopyan qeyd edib ki, ona Nikol Paşinyanın adından qondarma qurumun komanda məntəqəsinə getmək qadağan edilib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar 100 faiz yalan idi

Ötən gün istefa ərizəsini yazmış M.Akopyanın sözlərinə görə, 44 günlük müharibə boyunca yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:

“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 faizi keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 faizi yalan idi”.

İstefada olan general Ermənistan ordusundakı fərarilikdən də danışıb.

“Müharibənin beşinci günü artıq 1 500 hərbçi fərarilik etmişdi. Fərarilərin Ermənistana qayıdıb çaxnaşma salmaması üçün onları Qarabağda təcrid olunmuş vəziyyətdə saxlayırdılar”.

Erməni general Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğunu etiraf etdi

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.

“RIA Novosti” agentliyi xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-leytenant Movses Akopyan jurnalistlər qarşısında çıxış edərkən bildirib.

“Bu raketlərdən (“İskəndər”i nəzərdə tutur – red.) istifadə edilib, ancaq hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, – deyə M.Akopyan qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın