Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail Müdafiə Ordusu (IDF) indiyədək Fələstinin HƏMAS radikal hərəkatının yeraltı tunellərinin yalnız 40%-ə qədərini məhv edə bilib.

YALAN.info bildirir ki, dağıntıların dəqiq ölçüsünü dəyərləndirmək çətindir, çünki heç kim sektorda neçə tunelin çəkildiyini tam əminliklə deyə bilmir.

Bununla belə, yeraltı dəhlizlərin 20-40%-nin zədələndiyi və ya yararsız hala salındığı güman olunur. Bildirilir ki, tunellərin su ilə doldurulması prosesini bir neçə amil çətinləşdirir. Bunlardan başlıcası girovların həmin tunellərdə saxlanılmasıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın