İraq Ordusunun Hərbi Hava Qüvvələri və ordu bölmələri Bağdadın şimalında İŞİD terror təşkilatının 7 silahlısını məhv edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İraq Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının mətbuat katibi Yəhya Rəsul məlumat verib.

“Səlahəddin əyalətinin operativ komandanlığının uzunmüddətli müşahidəsindən sonra hərbi hava qüvvələri bölgənin Sabiat rayonuna zərbələr endirib. Nəticədə 5 terrorçu məhv edilib. Daha sonra hadisə yerinə gələn quru qoşunlar daha 2 terrorçunu zərərsizləşdirib”, – komandanlığın nümayəndəsi Twitterdə yazıb.

Öncəki xəbər“Meta” şirkətinin səhmləri 22 %-dən çox ucuzlaşıb
Sonrakı xəbərŞKTR-in Prezidenti Ersin Tatar koronavirusa yoluxub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın