İran bu gün 47 yaşlı rejissor Babək Hürrəmdinin ölümü ilə sarsıldı: İHA xəbər verir ki, Hürrəmdinin paytaxt Tehrandakı eyni evdə yaşadığı anası və atası tərəfindən öldürülüb.

Onun cansız bədəni üç parçaya bölünərək Ekbatan bölgəsindəki zibil qabına atılıb. Hadisədən sonra saxlanılan ata Abdullah Hürrəmdin cinayəti həyat yoldaşı ilə birlikdə etdiklərini etiraf edib.

“Yeməyinə yuxu dərmanı qataraq təsirsiz hala gətirdik. Sonra tualetə apardıq. Sonra cəsədi çamadanın içinə qoyub ən yaxın zibilliyin içinə atdıq”, – deyə rejissorun atası ifadəsində bildirib.

Oğullarının evdə dərs dediyi tələbələrlə uyğun olmayan münasibət qurduğunu iddia edən Abdullah Hürrəmdin oğlunun gənc yaşlarından onları hər zaman rahatsız etdiyini vurğulayıb:

“Universitetdə müəllim idi. Pandemiya səbəbindən dərsləri evdən keçirdi. Ancaq bizə evdə gün üzü göstərmədi. Onu ayrı evə çıxmağa razı salmağa çalışsaq da, qəbul etmədi”.

Həmin şəxs əlavə edib ki, qızını və kürəkənini də eyni qaydada öldürüblər: “2011-ci ildə kürəkənimi, 2017-ci ildə isə əxlaq problemlərinə görə qızımı öldürdüm”.

Öncəki xəbərƏrdoğan: Həm UEFA, həm də Formula 1 məsələsində siyasi qərar aldılar
Sonrakı xəbərXİN mətbuat katibi Hindistanın araşdırmasız mövqe bildirdiyini bəyan etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın