İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır və hesab edir ki, bu bölgənin məsələləri, o cümlədən əhalinin hüquq və təhlükəsizliyi bu çərçivədə həll edilməlidir.

YALAN.info bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bu gün Tehranda keçirdiyi brifinqdə deyib. O bildirib ki, İran regionda baş verən hadisələri diqqətlə izləyir və tərəfləri sülhə çağırır.

Rəsmi nümayəndə İranın sülh yaratmaq üçün vasitəçilik etməyə hazır olduğunu bildirib və nəzərə çatdırıb ki, region dövlətlərinin mübahisəli məsələlərini 3+3 formatında, danışıqlar yolu ilə həll olunmasına tərəfdardır.

KİMTəhməz Əsədov
MƏNBƏTrend
Öncəki xəbərM.Brayza: Qanunsuz silahlı birləşmələrin Qarabağda olması ən böyük təxribatdır
Sonrakı xəbərAzərbaycan Parlamenti beynəlxalq ictimaiyyəti antiterror tədbirlərini dəstəkləməyə çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın