ABŞ-ın bir sıra sanksiyaları aradan qaldırmaq haqqındakı qərarı xoşməramlıdır, ancaq bu yetərli deyil. İran bütün sanksiyaların aradan qaldırılmasını tələb edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xətibzadə rəsmi Vaşinqtonun bəzi sanksiyaları ləğv etmək barəsində qərarına münasibət bildirərək deyib.

Nəzərə çatdıraq ki, ABŞ hökumətinin rəsmi nümayəndəsi Robert Melli bəyan edib ki, İranın tibbi və elmi məqsədlər üçün istifadə etdiyi nüvə müəssisələrinə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.

Məsələyə münasibət bildirən İranın xarici işlər naziri əmir Hüseyn Əmir Abdullahiyan qeyd edib ki, Vyanada aparılan danışıqlar prosesini yumşaltmaq üçün ABŞ-ın atdığı bu addım xoşməramlıdır. Ancaq İrana kağız üzərində olan qərar lazım deyil. İran danışıqlar prosesində əldə olunan anlaşmaya ABŞ tərəfindən əməl olunacağına və sanksiyalar siyasətinə qayıtmayacağına dair zəmanət istəyir.

İranlı nazir də bildirib ki, rəsmi Tehran bütün sanksiyaların aradan qaldırılmasını istəyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın