İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani Avropa Birliyi (AB) Xarici İşlər Nazirləri Şurasının İranın bir sıra rəsmilərinə və qurumlarına qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarını kəskin şəkildə pisləyib.

YALAN.info bildirir ki, İran XİN rəsmisi Nasir Kənani bunu beynəlxalq hüququn pozulması və İranın daxili işlərinə müdaxilənin bariz nümunəsi kimi dəyərləndirib.

“Təəssüflə qeyd etmək lazımdır ki, bu yanlış və qeyri-konstruktiv qərar İran xalqının düşmənlərinin siyasi məqsədləri, yalan məlumatı və yalan iddialarına əsaslanır”, – deyə o bildirib.

Kənani AB-nin qərarını etibarsız adlandırıb. İranlı fərd və qurumlara qarşı bütün iddiaları rədd edən Kenani deyib ki, Avropa Birliyi Nazirlər Şurasının qərarına cavab olaraq, Avropanın uyğun qurum və şəxslərinə qarşılıqlı sanksiyalar tətbiq olunaraq, elan ediləcək.

Onu da bildirək ki, AB xarici işlər nazirləri oktyabrın 17-də İrandakı durum və etiraz aksiyalarının iştirakçılarına qarşı tətbiq edilən zorakılığı müzakirə ediblər. Məlumata görə, AB İranın Əxlaq polisinin başçısı ilə birlikdə 11 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Öncəki xəbərMixaylo Podolyak: İran ukraynalıların qətlinə görə birbaşa məsuliyyət daşıyır
Sonrakı xəbərYunanıstandan Almaniyaya 4 milyard avroluq hərbi texnika sifariş edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın