İranın ali rəhbəri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Azad İran” Telegram kanalı İran mediasına istinadən xəbər yayıb.

İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək istəyir.

“İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, – deyə Hüseyn Əliyi bildirib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:

“Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların bu istəklərinə çata bilməyəcəklərini deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın