Uelsin “Nyuport Kaunti” komandasının ingiltərəli qapıçısı Tom Kinq uzaq məsafədən vurduğu qolla rekord qırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, o, İngiltərə Liqa 2 çempionatında (III divizion) “Çeltnem Taun”la keçirilən görüşün 12-ci dəqiqəsində küləyin də köməkliyi ilə 96,01 metrdən (105 yard) qol vurub.

Newport goalkeeper Tom King Scores Goal from OWN Net | Incredible Goalkeeper Goal

Bununla da o, Ginnesin Rekordlar Kitabına düşüb. Kinqədək bu rekord “Qarabağ”ın keçmiş qapıçısı Asmir Beqoviçdə idi. Həmin vaxt “Stouk Siti”də çıxış edən bosniyalı qapıçı 2013-cü ilin noyabrın 2-də oyunun başlamasından 13 saniyə sonra “Sauthempton”a 91,9 metrdən (100,50 yard) qol vurmuşdu. Onun rekordu 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Qeyd edək ki, anası Uelsin paytaxtı Kardifdə doğulduğu üçün Tom Kinq 2019-cu ilin noyabrın 7-də bu ölkənin millisinə çağırılıb. Bu, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan və Macarıstanla oyunları olub. Ancaq həmin görüşlərdə futbolçu əsas heyətə düşə bilməyib.

Öncəki xəbərAleksandr Xramçixin: Ermənistanın Azərbaycanı necə ötüb keçəcəyini anlamıram
Sonrakı xəbər1988-ci ildə Ermənistandan qovulmuş 600 ailə Hadruta köçmək istəyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın