Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini xarici ölkələrdə təbliğ və təmsil etmək ümdə vəzifələrimdəndir. Çünki bu sahədəki təbliğat işlərində dəstəyə ehtiyac var”.

YALAN.info bildirir ki, bu fikirləri “Report”a açıqlamasında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən azərbaycanlı, San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, mahir kamança ifaçısı və müəllimi İmamyar Həsənov deyib.

Onun sözlərinə görə, ABŞ-da yaşayıb peşəkar şəkildə fəaliyyət göstərən Azərbaycan kökənli şəxslərlə birlikdə çalışır:

“Amerikanın tanınmış universitetlərində ustad dərsləri keçir və konsertlər verirəm. Azərbaycanın mərhum Xalq artisti, pianoçu Çingiz Sadıqov dünyasını dəyişəndən sonra özümü bir müddət tənha hiss etdim. Çünki onunla birgə bir neçə mükəmməl səsyazmalarımız var idi. İndi də Azərbaycan kökənli soydaşımız Fərhad Xudiyev və qardaşları ölkə musiqimizi geniş şəkildə təbliğ edirlər. Birgə layihələrimiz də var. Bundan sonra musiqi mədəniyyətimizi daha yüksək səviyyədə tanıtmaq üçün səylərimizi əsirgəməyəcəyik”.

Qeyd edək ki, İmamyar Həsənov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə ABŞ-a köçüb. İndi San-Fransiskoda yaşayır. İ.Həsənov Stenford, Juliyard, İndiana, Corc Vaşinqton, Corctaun Universitetlərində və San-Fransiskodakı orta məktəblərdə Azərbaycan musiqisini və kamança alətini tədris edir.

ANNA RF feat IMAMYAR HASANOV – Azerbaijani Folk Song ”Lachin”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın