İlon Mask süni intellekt sahəsində araşdırmalarla məşğul olacaq X.AI şirkətini yaradıb.

YALAN.info bildirir ki, milyarder şirkətin siyahıya alınmış yeganə direktorudur. Maskın ailə investisiya firması olan “Excession”u idarə edən Cared Birçall isə şirkətin katibi kimi siyahıya düşüb.

Həmçinin bildirilir ki, sahibkar fəal şəkildə işçi axtarır. Maskın məşhur “ChatGPT”-ni yaradan “OpenAI” şirkəti ilə rəqabət aparmaq üçün süni intellekt startapını işə salmaq niyyətində olduğu deyilir.

İddialara görə, dünyanın ən varlı adamlarından biri olan İlon Mask indi süni intellekt üzrə mütəxəssislərdən ibarət komanda toplayır və startap üçün kapital toplamaq məqsədilə “Tesla” və “SpaceX” şirkətlərinin investorları ilə danışıqlar aparır.

Öncəki xəbərXİN: Ermənistan əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı işgəncə törədib
Sonrakı xəbərSəbinə Əliyeva: Ermənistan Ombudsmanı əsir düşən əsgərlərimizlə bağlı həqiqəti gizləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın