İlon Mask, BMT-nin Ümumdünya Ərzaq Proqramı pulların necə xərclənəcəyini açıqlayacağı halda bəşəriyyəti aclıqdan xilas etmək üçün “Tesla” şirkətinin səhmlərini satmağa hazırdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask (Elon Musk) Twitter səhifəsində yazıb.

“BMT-nin Ümumdünya Ərzaq Proqramı 6 milyard dolların dünyanın aclıq problemini necə həll edəcəyini açıqlayarsa, mən dərhal “Tesla” aksiyalarını satıb bu problemi həll etməyə hazıram. Ancaq maliyyə hesabatı açıq olmalıdır ki, ictimaiyyət pulların hara xərcləndiyini görsün”, – deyə Mask bildirib.

Qeyd edək ki, BMT ÜƏP-in icraçı direktoru Devid Bizli dünyada aclıqla mübarizədə İlon Maskı yardım etməyə çağırıb. O bildirib ki, “Tesla” səhmlərinin cəmi 2 faizi (təqribən 6 milyard dollar – red.) aclıqla mübarizə üçün bəs edər.

MƏNBƏTwitter
Öncəki xəbərFulya Öztürk: Ermənistan uşaq qatilidir, bunu bütün dünya bilməlidir
Sonrakı xəbərAntoniu Quterriş: Romanı doğrulmayan ümidlərlə tərk edirəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın