Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, Emmanuel Makron 2022-2027-ci illərdə də Fransanın prezidenti olacaq.

YALAN.info bildirir ki, Fransa Respublikasının indiki Prezidenti Emmanuel Makron səslərin 57,60 %-ini toplayıb. 

İfrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb. Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.

Fransa mətbuatı Marin Le Penin prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf etməsi ilə bağlı xəbər yayıb. O, seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb. Le Pen eyni zamanda yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.

Artıq Makronun tərəfdarları Eyfel qülləsinin ətəyində Champ de Marsda qələbəni qeyd etməyə başlayıblar. Yada salaq ki, 2017-ci ildə keçirilən prezident seçkilərində də Makron məhz Le Penə qalib gəlmişdi. O zaman indiki prezident səslərin 66,1 %-ni toplamışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın