“Dekabrın 15-də Brüssel şəhərində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri arasında Zirvə görüşü keçiriləcək. Həmin görüşdə Prezident İlham Əliyev də iştirak edəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Televiziyasına (AzTV) açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, orada həm AB ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələr, həm də əməkdaşlıq perspektivləri müzakirə olunacaq:

“Eyni zamanda, belə formatlarda bir qayda olaraq çoxsaylı ikitərəfli görüşlər keçirilir. İstisna deyil ki, başqa beynəlxalq qurumların rəhbərləri ilə görüşlər olacaq. Həmçinin, AB Prezidenti Şarl Mişelin təşəbbüsü ilə sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir. Son aylarda da müxtəlif formatlarda çoxsaylı görüşlər keçirilib və hesab edirik ki, bu da çox önəmli görüşlərdən biridir. Azərbaycanın postmünaqişə reallıqlarını, öz mövqeyini bir daha çatdırması üçün əlverişli imkan olacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın