Astara rayonunun Diqo kəndində nəvəsini belində məktəbə aparan nənənin fotosu sosial mediada müzakirə obyektinə çevrilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, fotodadakı yolun Diqo kəndinin sakinləri üçün çətinlik yaratdığı bildirilib.

Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçının müavini Firəngiz Sadıxova bildirib ki, kəndin sakinlərinin bir qisminin evləri dağın başında yerləşir və bu əraziyə yol çəkmək mümkün deyil:

“Kənddə dağın başına aparan mərkəzi yola asfalt örtüyü döşənib. Artıq neçə illərdir ki, Diqoda mərkəzi yollarda asfalt örtüyü var. Bura eyni zamanda turizm zonası sayılır. Ümumilikdə kəndin yolları yaxşı durumdadır. Sadəcə əhalinin bir qisminin evləri dağın ən yüksək hissəsində yerləşir. Bura asfalt çəkilmir. Ərazidə yaşayan insanlar da mərkəzi yola düşür və buradan məktəbə gedirlər. Fotoda nənə nəvəsini belinə alıb məktəbə aparır. Bu, çox gözəl mənzərədir. Burada nə var ki? Mən düşünmürəm ki, acınacaqlıdır”.

Qeyd edək ki, tanınmış fotoqraf Orxan Əzimin çəkdiyi foto ötən gün sosial mediada yayılıb. Foto ilə bağlı yolun hərəkət etmək üçün əlverişsiz olması, kənd sakinləri üçün çətinlik yarada biləcəyi ilə bağlı düşüncələr səsləndirilib. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın