“Ər və arvad nəhayət boşanmaq qərarına gəlsələr, şəraitdən asılı olaraq birinci addım mediasiya, ikincisi rayon qeydiyyat şöbəsinə (VVAQ), yaxud məhkəməyə müraciətdir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı hüquqşünas Kəmalə Rəhimova Media.az-a boşanma prosesinin necə getdiyi, Azərbaycanda nikah müqaviləsi və başqa nüanslar barədə danışarkən deyib.

Onun sözlərinə görə, ümumi övladlar, ya da əmlak varsa, o zaman yalnız məhkəməyə müraciət etməklə boşanmaq olar. Vəkil mediasiya haqqında geniş məlumat verərək, psixoloqla mediator arasında əlaqə barədə də danışıb.

“Mediator – qanun əsasında mediasiya prosesinin aparılması üçün mübahisə tərəflərinin cəlb etdiyi (barışdırmağa cəhd edən) şəxsdir. Mediatorun əsas məqsədi tərəfləri barışdırmaq və münaqişəni həll etməkdir. Boşanma halında mediasiya mərhələsindən keçməmək mümkün deyil. Məhkəmə mediasiya mərhələsindən keçmədən boşanma ərizəsini sadəcə qəbul etməyəcək”, – deyə o izah edib.

Müsahibin sözlərinə görə, mediator psixoloqa müraciət etməyi tövsiyə edə bilər, ancaq məcbur edə bilməz. Bununla belə o, psixoloqla əlaqə saxlamağın, digər məsələlərlə yanaşı, tərəfləri barışdırmaq üçün vacib bir addım olduğunu, VVAQ-ın da bunu təklif etdiyini vurğulayıb.

Hüquqşünas kişilərin (ərlərin) uyğun ərizə vermək hüququnun məhdud olduğu duruma da toxunub. “Əgər arvadı hamilədirsə, ya da uşaq hələ bir yaşına çatmayıbsa, ər boşanma üçün ərizə verə bilməz”, – deyə K.Rəhimova izah edib.

KİMVəfa Şabanbəyli
MƏNBƏMedia.az
Öncəki xəbərArnold Şvartsenegger Rusiya xalqına səsləndi: Sizə yalan deyirlər
Sonrakı xəbərFransa XİN Ukraynaya 300 milyon avro maliyyə yardımı ayırır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın