“Hörümçək adam” (Spider-Man) film seriyasının ulduzları – Tom Holland və Zendaya birlikdə yaşamaq qərarına gəliblər. Onlar bunun üçün özlərinə birgə malikanə alıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “The Mirror” öz mənbəsinə istinadən məlumat yayıb.

Hollivud cütlüyünün yeni evi Londonun cənubunda Ancelina Coli, Tom Hardi və Mik Caqqer kimi məşhurların evlərinin olduğu “Richmond” yaşayış massivində yerləşir. Bundan başqa, Hollandın valideynləri də yaxınlıqda yaşayırlar.

Bildirilir ki, aktyorlar malikanənin alınması üçün təxminən üç milyon dollar ödəyiblər. Tom və Zendaya özlərinə ortaq əmlak almaqla münasibətlərində ciddi addım atmış olublar.

MƏNBƏThe Mirror
Öncəki xəbərVüsalə Əlizadə: İçimdə Muxtar Maniyevə qarşı nifrət var idi
Sonrakı xəbərUkrayna Rusiyaya hərbi fəaliyyətə aydınlıq gətirmək üçün 48 saat vaxt verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın