Peşəkar karyerasını bitirdiyini elan etmiş məşhur Dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və “Oskar” qazanmağı planlaşdırdığını söyləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Lenta.ru xəbər yayıb.

“İndi sənədli filmim üzərində işləyirəm. Təxminən bir il yarım lazımdır. “Oskar” qazanmaq istəyirik. 20 dəqiqə ərzində oskarlıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı”, – deyə Nurməhəmmədov bildirib.

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda “üçbucaq” boğma fəndindən istifadə edərək məğlub etdi. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan etdi.

Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

Öncəki xəbərRus ailələri Azərbaycanın azad edilmiş torpaqlarındakı doğma evlərinə qayıtmaq istəyir
Sonrakı xəbərRusiyalı ekspert: Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın