Hikmət Hacıyev deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan yenə yalan danışır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

“Ermənistan baş naziri yenə yalan danışır. Saat 08:04-dən sonra Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başladılar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri saat 08:05-dən başlayaraq artilleriya və minaatanlarla qüvvələrimizə hücum edir”, – H.Hacıyev bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın