Toyota Mirai artıq birinci dəfə deyil ki, hidrogen elementlərlə çalışan mühərrikinin hesabına göstərdiyi çalışma müddəti ilə potensial alıcılarını heyrətləndirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bidirir ki, bu dəfə isə Toyota Mirai avtomobili Ginnesin Rekordlar Kitabına düşüb. Belə ki, Toyota Mirai bir dəfə tam yanacaqla təmin olunduqdan sonra rekord göstəricidə yol qətt edə bilib.

Toyota Mirai avtomobilinin Ginnesin Rekordlar Kitabına düşməsinə səbəb olmuş yol səyahəti bu ilin 23-24 avqust tarixlərində baş tutub. Avtomobilin sərgilədiyi son nəticə isə Ginnesin Rekordlar Kitabının təmsilçiləri tərəfindən qeydə alınıb. Yol səyahətinə startın verilməsindən öncə Ginnesin Rekordlar Kitabının təmsilçisi avtomobilin 5,65 kq hidrogen həcmində olan yanacaq bakını plomblayıb.

Səyahətin sonunda isə təmsilçi yanacaq bakını diqqətlə yoxlayıb. Beləliklə Toyot Mirai toplam 1360 km yol getməklə inanılmaz nəticə sərgiləyib. Bununla yanaşı avtomobilin yanacaqla tam təmin olunması üçün cəmi 5 dəqiqə vaxt lazımdır. Səyahət zamanı avtomobildə 2 nəfər professional sürücü olub. Avtomobil öz səyahətini Kaliforniya üzərindən reallaşdırıb.

“Toyota Mirai avtomobilinin əlavə yanacaq tələb etmədən bu qədər yol getməsi yanacaq elementləri əsasında çalışan elektrik texnologiyalarının gücünü göstərir. Sözügedən texnologiya və Toyota komandasının ixtiraçılığı bu tarixi ana gətirib çıxardıblar” – deyə Ginnesin Rekordlar Kitabının təmsilçisi vurğulayıb. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın