Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara Səudiyyə Ərəbistanı Krallığı tərəfindən vizaların verilməsi gecikdirilir.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, krallığın Azərbaycandakı səfirliyi tərəfindən vizaların verilməsinə iyulun 10-dan başlanacağı bildirilsə də, sonradan məsələ 5 gün təxirə salınıb. İndi isə vizaların iyulun 20-dən etibarən veriləcəyi deyilir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) onu da əlavə ediblər ki, hazırda cəmi 50 boş zəvvar yeri qalıb ki, bunlar da ancaq VİP ziyarət növü üçün nəzərdə tutulanlardır.

Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən məsələyə münasibət bildirmək istəməyiblər.

Xatırladaq ki, ötən ilə qədər zəvvarlara vizaların verilməsi daha erkən tarixdən başlayıb.

Öncəki xəbərDövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
Sonrakı xəbərMTRŞ: ANS Türkiyədə hərbi çevrilişə çalışan Fətullah Gülənə dəstək verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın