Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində praktiki təlim məşğələləri həyata keçirilir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Hərbi institutun təsdiq edilmiş tədris planı və proqramına uyğun olaraq kursantlar sıra, fiziki və atəş hazırlığından müxtəlif normativlər icra edirlər.

Keçirilən məşğələlərdə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır. Atışın şərtləri ilə tanış olduqdan sonra kursantlar təlim sahəsində şərti düşmən hədəflərinin aşkarlanaraq atəşlə məhv edilməsi, silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və onlardan istifadə vərdişlərini təkmilləşdirirlər.

Məşğələlərin sonunda kursantlar əldə etdikləri nəticələrə əsasən qiymətləndiriləcəklər.

Kursantlarla səhra çıxışında praktiki məşğələlər keçirilir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərAvrokomissiyanın sədri: Rusiyadan təbii qazın tədarükünün dayanmasına hazır olmalıyıq
Sonrakı xəbərUkrayna Prezidenti Volodimir Zelenski: Türkiyə və BMT-yə güvənirik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın