Yanvarın 1-dən 10-dək Gürcüstan Respublikasında qeyri-iş günləri olacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara uyğun olaraq, dövlət qurumları yanvarın 1-dən 10-dək istirahət edəcəklər. Özəl sektor isə tətilə öz qərarı ilə çıxacaq.

Qeyd edək ki, Gürcüstan məktəblərində dekabrın 29-dan 2022-ci il yanvarın 18-dək tətil elan olunub.

Bundan başqa, Gürcüstan hökumətinin pandemiya dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etməklə bağlı səlahiyyət müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb. Ölkə parlamentinin bugünkü iclasında “İctimai sağlamlıq” haqqında qanuna bununla bağlı müvafiq düzəlişlər qəbul olunub.

Qanun layihəsi 77 səslə dəstəklənib, 4 deputat əleyhinə səs verib. Sənədə uyğun olaraq, müddətin artırılmasının məqsədi hökumətin pandemiyanın yayılmasının qarşısını alması və proseslərin idarə olunması üçün mövcud hüquqi mexanizmin saxlanılmasıdır.

Öncəki xəbərTürkmənistanda koronavirusa (COVID-19) yoluxma halı qeydə alınmayıb
Sonrakı xəbərFilippin Prezidenti zərər çəkmiş regionlarda bir il fövqəladə fəlakət rejimi elan edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın