Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistan və Azərbaycan liderlərinə müraciət edərək, Tbilisidə Qarabağ münaqişəsinin həlli ilə bağlı istənilən formatda danışıqlar aparmaq üçün bir platforma təşkil etməyə hazır olduğunu bildirib.

TASS Xəbər Agentliyinin bununla bağlı yaydığı xəbərə görə, o, hər iki ölkənin prezidentinə müraciət edərək, aralarındakı dialoqu ən qısa müddətdə bərpa etməyə çağırıb:

“Biz Tbilisini istənilən danışıqları keçirmək üçün uyğun yer halına gətirməyə hazırıq. Tərəflərin istədiyi hər şeyə hazırıq”, – deyə Gürcüstanın prezidenti Milli Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı durumun gərginləşməsinə həsr olunmuş toplantısından sonra keçirilən brifinqdə deyib.

Öncəki xəbərDağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı torpaqlarda yaşayan ermənilərə müraciət edib
Sonrakı xəbərAliyə Qarayeva: Erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxmasını tələb edirik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın