Kivi ürək-damar və onkoloji xəstəliklərin qarşısının alınması üçün gözəl vasitədir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı rusiyalı nutrisioloq Anna Drobışeva məlumat verib. Onun sözlərinə görə, bu meyvənin ən faydalı özəlliyi damarları kilidləyən yağların yandırılmasıdır.

“Lipid metabolizması pozulmuş insanlar üçün kivi önəmlidir. Bu meyvə C vitamini, fol turşusu və B6 vitamini ilə zəngindir. Ona görə də vitamin çatışmazlığının qarşısını almaq üçün yeyilməlidir. Kivi həmçinin kollagen istehsalını stimullaşdırır və saçların vaxtından qabaq ağarmasının qarşısını alır. Onu cəsarətlə gənclik və gözəllik məhsulu adlandırmaq olar”, – deyə həkim bildirib.

O, əlavə edib ki, kivi özəlliklə hamilə qadınlar üçün dəyərlidir. Tərkibində ana və körpənin ürəyinin normal işləməsi üçün lazım olan kalium var, dəmirin sorulmasına kömək edir, qəbizlik ehtimalını azaldır.

Bununla belə, məhsul kəskin mədə xəstəliyi, sitrus meyvələrə alergiyası olanlar və ishala meylli insanlar üçün rasiondan xaric edilməlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın