Yanvarın 18-də 1996-cı il doğumlu Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Goranboy rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, başqa prosessual hərəkətlər yerinə yetiriblər.

Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir. Faktla bağlı Goranboy Rayon Prokurorluğu araşdırma aparır.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Tapqaraqoyunlu kənd sakini, 26 yaşlı Vüqar Maqsud oğlu Məmmədov İncəçay çayını keçən zaman minaya düşüb. Ağır yaralanan Vüqar sürünərək həmin ərazidən uzaqlaşıb və mobil telefonundan yaxınlarına zəng edərək kömək istəyib.

Yaxınları onun olduğu yerə gedib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Zərərçəkmişin sol ayağı dizdən amputasiya olunub. İndi Vüqar Məmmədovun durumu orta ağırdır.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərAlmaniyalı məşhur model Haydi Klum ayaqlarını 2 milyon dollara sığortaladı
Sonrakı xəbərAğ Evin mətbuat katibi Cen Psaki: Rusiya hər an Ukraynaya hücum edə bilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın