Beynəlxalq qurumun hesablamalarına görə, Azərbaycan dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü yeri tutur.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Global Firepower” qurumunun 2021-ci il üzrə hesabatında bildirilib.

Reytinqə uyğun olaraq, Azərbaycan Ordusu gücünə görə yenə də Cənubi Qafqazda birinci yerdədir. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Hesabatda qeyd olunub ki, Azərbaycanda 3,7 milyondan çox hərbi xidmətə yararlı insan var. Silahlı Qüvvələrdə 425 min hərbçi qulluqçu var ki, onların da 125 mini aktiv qulluqdadır.

Azərbaycan Ordusunun arsenalında 145 təyyarə və helikopter, 1 052 tank, 1 450 zirehli maşın, 242 özüyeriyən atrilleriya, 307 dənə yedəkli artilleriya və 245 reaktiv qurğu, dəniz flotunda isə 31 gəmi var.

Araşdırmada bildirilib ki, müharibənin aparılması üçün başlıca komponent yanacağın olmasıdır. Azərbaycan gün boyunca 800 min barel neft hasil edir, 180 min barel nefti isə istehlak edir. Ölkənin təsdiqlənmiş neft ehtiyatlarının həcminin isə 7 milyard barel olduğu vurğulanıb.

Sənədə görə, Azərbaycanın müdafiə büdcəsi 2,26 milyard ABŞ dolları, qızıl-valyuta ehtiyatları isə 6,7 milyard ABŞ dollarıdır.

Reytinqdə ilk onluqda yer alan Rusiya dünyada II ən güclü ordudur. Türkiyə isə hərbi gücünə görə 11-ci yeri tutub. Dünyanın ən güclü ordusu ABŞ, ən zəif ordusu isə Butandadır.

Qeyd edək ki, 2020-ci ilin reytinqində də Azərbaycan 64-cü yerdə olub. Keçən illə qarşılaşdırdıqda Xorvatiya Azərbaycanı üstələmiş və Suriya ordusu daha da zəifləmişdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın