Oktyabrın 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket zərbəsindən sonra itkin düşmüş uşaqların cəsədləri dağıntılar altından tapılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı AzTV-nin Gəncədə axtarış aparılan yerdən yayımladığı reportaj zamanı məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq olay yerində işlərini başa çatdırıblar. Məlumata görə, bu gün saat 12 radələrində azyaşlı bacı və qardaş – Xəlilli Məryəm və Xəlilli Orxanın cəsədləri dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, Gəncə şəhərində növbəti erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 5-i azyaşlı olmaqla 15 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb. 

Öncəki xəbərCem Yılmaz Instagram hesabında Azərbaycanın yanında olduğunu bildirdi
Sonrakı xəbərMüdafiə Nazirliyi: Erməni silahlı güvvələri mövqelərini qoyub qaçır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın