Böyük Britaniyanın “Elm street” küçəsindəki evlər digərlərindən orta hesabla 70 faiz daha ucuzdur. Fərq “qatil Freddi Krüger” (Freddy Krueger) haqqında 1984-cü ildə çəkilmiş “A Nightmare On Elm Street” (“Qaraağac küçəsində qarabasma”) filmindən qaynaqlanır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Qərbi Yorkşir Tikinti Cəmiyyətinin (YBS) ekspertləri qeyd ediblər.

Analitiklərin fikrincə, göstərilən küçədəki daşınmaz əmlak eyni ərazidə olan, ancaq başqa küçədəkilərdən orta qiymətdən 42 faiz daha ucuzdur. Ən böyük xərc fərqi Darhem qraflığında görünüb.

“Elm street”dəki bir obyektin orta qiyməti 31,3 min funt-sterlinq (73,2 min manat) olsa da, başqa küçələrdə eyni şəraitli mənzillərin qiyməti isə 105,5 min funt-sterlinqdir (246,7 min manat).

Mütəxəssislər insanların belə yerlərdə ev almaq istəməməsini xurafat bazarı ilə əlaqələndirirlər.

“Biz bilirik ki, qiymətlərə müxtəlif səbəblər təsir edə bilər və görünür ki, Freddi Krüger barədə franşiza indi bu siyahıya əlavə edilə bilər”, – deyə YBS-dən bildirilib.

Analitiklər qeyd ediblər ki, “Exorcist” (“Şeytan”) və “The Amityville Horror” (“Amitvill dəhşəti”) kimi məşhur qorxu filmlərində çəkilən küçələrdə isə əksinə qiymətlər nisbətən bahadır. Bildirilir ki, burdakı qiymətlər Hollivud tarixinin bir parçasına sahib olmaq istəyən kinosevərlər sayəsində belə yüksək qalır.

Qeyd edək ki, Freddi Krüger— “Qarağac küçəsində qarabasma” film seriyaları üçün uydurulmuş obrazdır. Personajın müəllifi Ues Kreyvendir.

A Nightmare on Elm Street (1984) Official Trailer – Wes Craven, Johnny Depp Horror Movie HD
MƏNBƏOxu.az
Öncəki xəbərİrandan Azərbaycana gətirilən minlərlə kiloqram kartof məhsulu geri qaytarıldı
Sonrakı xəbər“Oyuncaqların hekayəsi” cizgi filminin yeni bölümü gəlir: Bu dəfə Lightyear
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın