Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, keçmiş dövlət başçısı mart ayında artıq korrupsiya və nüfuzdan sui-istifadə ittihamı ilə məhkum edilmişdi. İndi isə o, “Bigmalion işi”ndə ittiham olunur (Sarkozinin prezidentlik kampaniyasını müşayiət edən kommunikasiya agentliyinin adı belə idi).

Araşdırmalara görə, məhz “Bigmalion”un köməyi ilə keçmiş prezidentin partiyası kampaniya xərclərini gizlətməyə kömək edib. Nəticədə 43 milyon avro xərclənib ki, bu da qanunla icazə verilən məbləğdən iki dəfə çoxdur.

Məhkəmə Sarkozini bir il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını elektron müşahidə altında evdə oturmaqla çəkəcək.

Öncəki xəbərZelenski Ərdoğana təşəkkür etdi: Türkiyə Ukraynada pilotsuz uçuş aparatları mərkəzi yaradır
Sonrakı xəbərUEFA Konfrans Liqası: “Qarabağ” Kiprdə “Omoniya”nı darmadağın etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın