Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslər üç avtomobili yandırıb, mağazaları talan ediblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti”yə xəbər verib.

Qeyd edilir ki, yanğın Qambetta prospektində olub, partlayış səsləri eşidilib, avtomobillərdən sıx qara tüstü çıxıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, hadisədən bir qədər öncə buradan “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz edənlər keçib.

Yerli mətbuat bildirib ki, Parisdə talanlar başlayıb. Bəzi şəxslər mağazaların şüşələrini, vitrinlərini sındırıblar.

“Polis Parisdə şənbə günü keçirilən etiraz aksiyasında 22 nəfəri saxlayıb”, – bunu isə ölkənin Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

O, aksiyanın yatırılmasında iştirak edən polislərə təşəkkür edib. Nazirin sözlərinə görə, orada asayiş keşikçiləri bəzən “çox amansız insanlarla” qarşılaşırlar.

Parisdə talanlar başlayıb
Öncəki xəbərLevon Ter-Petrosyan: Ermənistanı vətəndaş müharibəsi gözləyir
Sonrakı xəbərSerj Sarqsyan Paşinyanı təhqir etdi: Sən alnına satqın yazılan qorxaq rəhbərsən
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın