Fransada polis Parisin mərkəzində toplaşmış qaçqınları qovub və baş verənləri çəkməyə çalışan jurnalistlərə hücum edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, REN TV-nin təqdim etdiyi kadrlardan görünür ki, polis xüsusi əməliyyat keçirərək, Parisin mərkəzinə toplaşan qaçqınları qovur.

Jurnalistlər həmin hadisələri kameraya çəkən zaman polislərin hücumuna məruz qalıblar. Nəticədə, media nümayəndələrinin avadanlıqları sındırılıb, onların bəziləri həkimə müraciət etməli olublar.

Qeyd edilir ki, Fransada yeni qanun layihəsinə görə, jurnalistlərə işini yerinə yetirən polisləri videoya çəkmək qadağandır. Ancaq sözügedən qanun hələ qəbul edilməyib.

Öncəki xəbərAndrea Pirlo Kriştianu Ronaldonu Yuventusda heç bir oyunçudan ayırmadığını açıqladı
Sonrakı xəbərSergey Lavrov və Məhəmməd Cavad Zərif Qarabağın durumunu danışdılar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın