ABŞ-ın Kaliforniya ştatında keçirilən sörf yarışmasında fotoqraf Cordan Anast heyrətamiz anı çəkə bilib. Belə ki, onun çəkdiyi kadrda sörfçünün arxasında köpək balığının sudan sıçrayışı əks olunub.

Maraqlıdır ki, sörfçü Tayler Uorren (Tyler Warren) ümumiyyətlə, baş verənlərdən xəbərsiz olub.

Foto sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Bir çoxları belə möhtəşəm kadr üçün fotoqrafı təbrik edib. Anastın özü isə “Köpək balığı tornadosu” adını verdiyi fotonu çərçivəyə alıb, Uorrenə təqdim etməyi planlaşdırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın