Lüis Hemilton (Lewis Hamilton) Braziliyada keçirilən “Formula 1” üzrə San-Paulu Qran-prisinin qalibi oldu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 71 dövrəlik mübarizənin sonunda qalib adını “Mercedes” pilotu Lüis Hemilton qazanıb.

Britaniyalı sürücü yürüşə 10-cu mövqedən başlasa da, tezliklə 2-ci, finişə doğru isə “Red Bull” pilotu Maks Ferstappeni keçərək, 1-ci yerə çıxıb. “3-lüy”ü onun komanda yoldaşı Valtteri Bottas qapayıb.

Finişin ardından Hemilton boksa gələrkən Braziliya bayrağını götürməkdən ötrü təhlükəsizlik kəmərini boşaldıb. Bu isə Beynəlxalq Avtomobil Federasiyasının əsasnaməsinin pozulması anlamına gəldiyindən, ona 5 000 avro cərimə kəsilib. Mövsümün sonunadək qaydalara zidd yeni hərəkətlərə yol verəcəyi təqdirdə, 7 qat dünya çempionu daha 20 000 avro cərimələnəcək.

Beləliklə, San-Paulu Qran-prisindən sonra xallarını 318,5-ə çatdıran Hemilton lider Ferstappenlə fərqi 14 xala endirib. Bottas isə 203 xalla 3-cüdür.

Konstruktorlar Kubokunda isə 521,5 xalı olan “Mercedes” 1-ci, “Red Bull” 510,5 xalla 2-ci, 287,5 xal yığan “Ferrari” isə 3-cüdür.

Növbəti Qran-pri 19-21 noyabrda Qətərdə keçiriləcək.

MƏNBƏFormula1.com
Öncəki xəbərPərəstişkarları Britni Spirsin 14 ildən sonra azadlığına qovuşmasını bayram etdi
Sonrakı xəbərErmənistan ordusu Kəlbəcər istiqamətində növbəti təxribat törədib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın