“NATO-nun (Şimali Atlantika Alyansı) dəqiq məqsədləri olmadığı üçün Avropa qitəsində genişmiqyaslı silahlı münaqişə başlaya bilər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Amerika Katolik Universitetinin tarix professoru Maykl Kimmeyc “Foreign Affairs” dərgisi üçün yazdığı məqalədə bildirib.

“Bu gün Alyans 30 ölkəni birləşdirən, Şimali Amerikadan Qərbi Avropaya, Baltikyanı ölkələrə və Türkiyəyə qədər uzanan boş bədheybət halına gəlib. Bundan başqa, NATO hücum və müdafiə arasında getdikcə daha çox tərəddüd edir və Serbiya, Əfqanıstan və Liviyada hərbi əməliyyatlarda iştirak edir. Nəhəng əhatə dairəsi və hədəflərin qeyri-şəffaflığı NATO-nu genişmiqyaslı Avropa müharibəsinə sürükləmək riski daşıyır”, – deyə müəllif qeyd edib.

Onun sözlərinə görə, 20-ci əsrin ortalarında qitənin qərb hissəsi üçün yaradılmış struktur Soyuq Müharibə başa çatdıqdan sonra şərq hissəsi üçün mənasız oldu. Onun fikrincə, öncə Dəmir Pərdə, coğrafiya və siyasətlə məhdudlaşan Alyans indi bölgədə yöndəmsiz və təsadüfi şəkildə yayılır.

“Strateji vəzifələri sadələşdirmək və müdafiə qabiliyyətini artırmaq üçün hərbi blok yeni ölkələrə qapılarını bağlamalıdır. Mərkəzi və Şərqi Avropanın təhlükəsizlik arxitekturasını genişləndirməkdən və yenidən düşünməkdən imtina etmək onun müasir reallıqlarda sağ qalmasına kömək edəcək”.

KİMMichael Kimmage
MƏNBƏForeign Affairs
Öncəki xəbərErmənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini irəli sürdü
Sonrakı xəbərLondon çalxalanır: Çin kəşfiyyatı Böyük Britaniya parlamentinə girdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın