Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platformasında Mozilla Firefox brauzeri istifadəçilərinin məlumatlarını aşkar edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hackerlər bu məlumatlarlaa login və şifrəsiz həmin məlumatların sahiblərinin daxil olduqları servislərə giriş əldə edə bilərlər.

Kibertəhlükəsizlik üzrə mütəxəssis GitHub-da hər kəsə açıq olan 4,5 min cookies faylı aşkar edib. Bu məlumatlar bazasına GitHub-dakı xüsusi axtarış sorğusu ilə nəzər yetirmək olar. Məlum olub ki, məlumatlar GitHub istifadəçilərinin özlərinə məxsusdur. Mütəxəssisin fikirlərinə görə, GitHub istifadəçiləri həmin məlumatları başqaları ilə birlikdə səhvən platformaya yükləyiblər.

Aidan Marlin öz növbəsində sözügedən olayla bağlı məlumatı GitHub-ın dəstək xidmətinə təqdim edib. Ancaq GitHub-ın dəstək xidməti qeyd edib ki, istifadəçilər tərəfindən təqdim edilmiş hesab məlumatları boşluqların axtarışı üzrə proqrama daxil deyil. Başqa sözlə desək, insanlar öz məlumatlarını açıq şəkildə yüklədiklərinə görə özləri günahkardırlar.

Qeyd etmək lazımdır ki, hackerlər cookies fayllarından istifadə edərək istifadəçilərin daxil olduqları servislərə giriş edə bilərlər. Bunun üçün onlara hətta login və şifrə də lazım olmayacaq. Buna görə də mütəxəssislər GitHub-a hansısa faylı yükləməmişdən öncə fayl daxilində əlavə məlumatların olub-olmamasını yoxlayan xüsusi proqram təminatlarından istifadəni məsləhət görürlər.

Öncəki xəbərVKontakte və Telegramın yaradıcısı Pavel Durov Fransa vətəndaşlığı alıb
Sonrakı xəbərSalvadorda dünyanın ilk kriptovalyuta şəhəri tikilir: Bitcoin City
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın