Finlandiya Respublikası və İsveç Krallığı Şimali Atlantika Alyansına (NATO) qoşulmaq qərarını rəsmən elan edib.

YALAN.info bildirir ki, bununla bağlı Finlandiya hökumətinin və İsveçin hakim Sosial Demokrat Partiyasının bəyanatında deyilir.

Yada salaq ki, Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv niyyətlərini bildiriblər. Rusiya rəsmiləri Finlandiya və İsveçin NATO-ya qoşulacağı halda Rusiya Ordusu üçün mümkün hədəflərə çevriləcəkləri ilə hədələyiblər.

Onu da yada salaq ki, Türkiyə rəsmiləri – Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb. “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır”, – Çavuşoğlu deyib. Nazir əlavə edib ki, Finlandiya və İsveç müdafiə sənayesi məhsullarının Türkiyəyə ixracını məhdudlaşdırmağa davam edir.

Öncəki xəbərBritaniya kəşfiyyatı: Rusiya Ukraynadakı quru qoşunlarının üçdə birini itirib
Sonrakı xəbərŞuşaya hamımız gedəcəyik – Şuşa əbədi olaraq bizim olacaq!
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın