Finalda L.Aronyanı udan Teymur Rəcəbov “Airthings Masters” turnirində çempion oldu

Onlayn şahmat üzrə “Airthings Masters” blits turnirinin finalında Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla görüşüb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 2 gün davam edən qarşılaşmada Azərbaycanın bilik ustası Teymur Rəcəbov erməni rəqibinə heç bir şans verməyib. 

Təmsilçimiz inamlı qələbə qazanaraq nüfuzlu turnirin çempionu olub.

Ötən gün dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.

Bu gün keçirilən dörd qarşılaşmadan birincini heç-heçə, ikincisini isə qələbə ilə bitirən Rəcəbov böyük üstünlük əldə edib. Üçüncü qarşılaşmada əldə etdiyi heç-heçə növbəti oyunu mənasız edib. Təmsilçimiz bununla da qələbəni vaxtından öncə təmin edib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanır.

$1.5M Champions Chess Tour: Airthings Masters | Day 9 | Commentary by David Howell & Jovanka Houska

Rəqibini məğlub etdikdən sonra 33 yaşlı qrossmeyster göz yaşlarına hakim ola bilməyib. Teymur Rəcəbov sevincindən kövrəlib. Daha sonra o, kompüterinin qarşısından çəkilib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir