Filippin Prezidenti Rodriqo Duterte “Ray” tufanının böyük zərər vurduğu altı regionda bir il müddətinə fövqəladə fəlakət rejimi elan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Filippinin dövlət başçısının sərəncamında bildirilir.

Qeyd edilir ki, fövqəladə fəlakət rejimi Mimaropa, Qərbi Visayi, Mərkəzi Visayi, Şərqi Visayi, Şimali Mindanao və Karaqa regionlarında elan olunub. Təbii fəlakət həmin regionlarda 500 mindən çox insana zərər vurub.

Sərəncamda bildirilir ki, rejim müvafiq qanuna uyğun olaraq ləğv edilməyəcəyi təqdirdə, bir il müddətinə qüvvədə qalacaq.

Sənəddə qeyd edilir ki, “Ray” tufanı dekabrın16-dan 19-dək Filippinin bir sıra regionlarında geniş ərazidə böyük dağıntılar törədib. Nəticədə çoxlu sayda evə, infrastruktura və daşınmaz əmlaka ziyan dəyib. Nəticədə ölkə vətəndaşlarının həyat şəraiti pozulub.

Bununla yanaşı, sərəncamda zərərçəkmiş rayonlarda əsas əmtəələrin qiymətlərinə nəzarət edilməsi, həmçinin mərkəzi və yerli hökumət orqanlarına xilasetmə, bərpa və yardım göstərilməsi ilə bağlı geniş səlahiyyət verir. Qeyd edilir ki, hüquq-mühafizə orqanları Filippin silahlı qüvvələri ilə birlikdə həmin rayonlarda sabitliyi və qaydaları qorumaqda davam edəcəklər.

Xatırladaq ki, son məlumatlara görə tufan nəticəsində həmin regionlarda 375 nəfər həyatını itirib. Bundan başqa, 500 nəfər xəsarət alıb və 56 nəfər hələ də itkin düşmüş hesab olunur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın