Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayətilə 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş tədbir keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri 20 Yanvar faciəsinə həsr olunan proqramı təqdim edib. Anım gecəsində Qara Qarayevin “Matəm odası”, Azər Rzayevin “Bakı-90” simfoniyası, Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adajio” və “Zamanın bayraqdarı” əsəri səsləndirilib.

Onu da bildirək ki, orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayev olub. Tədbirdə Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

MƏNBƏAPA
Öncəki xəbərİran prezidenti Seyid İbrahim Rəisi Kremldə namaz qıldı
Sonrakı xəbərQəbələdə özəlləşdirilən dörd qum-çınqıl yatağı istifadəyə verildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın