İsveçrə Federal Prokurorluğu FIFA və UEFA-nın keçmiş prezidentləri Yozef Blatterlə Mişel Platiniyə qarşı dələduzluq, etibardan sui-istifadə və səriştəsiz idarəetmə maddələrilə rəsmi iddiham irəli sürüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, onlar FIFA-nın hesabından Platiniyə 2 milyon frank (2,2 milyon dollar) qanunsuz ödənişin təşkilində günahlandırılır.

Qeyd edək ki, Platini 1998-2002-ci illərdə Blatterin məsləhətçisi işləyib və hər il 300 min frank mükafat alıb. 2010-cu ildə o, həmin vaxtdan etibarən FIFA-nın ona 2 milyon frank borclu qaldığını bəyan edib və 2011-ci ildə Blatterin yardımı ilə uyğun ödəniş həyata keçirilib.

Prokurorluq ödənişin əsassız olduğunu bildirib və istintaqın nəticələrini İsveçrə federal cinayət məhkəməsinə verib.

Qeyd edək ki, 85 yaşlı Blatter 12,8 il, 66 yaşlı Platini isə 4 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın