Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildən etibarən Dünya Çempionatlarını hər iki ildən bir keçirməkdə qərarlıdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, artıq quruma üzv olan milli assosiasiyalara uyğun xəbərdarlıq göndərilib. Bu məqsədlə milli komandaların oyun təqvimində islahatların aparılması planlaşdırılır.

Layihəyə uyğun olaraq, klubların öz futbolçularını yığma komandalara göndərdikləri günlərin sayı 50-dən 30-dək azalacaq. Təsnifat mərhələsində hər seçmə komanda ən çox yeddi oyun keçirəcək. Həmçinin, islahatlar sayəsində futbolçuların üzərinə düşən yük 50%-dən çox azalacaq.

FIFA-nın Dünya çempionatlarını iki ildən bir keçirməklə bağlı planları Avropada qalmaqala səbəb olub. Açıqlamadan sonra Avropada 10-dan çox assosiasiyanın qurumdan çıxmaq variantını gözdən keçirdiyi vurğulanır.

Öncəki xəbərHindistanda yağan aramsız yağışlar nəticəsində onlarla insan həyatını itirdi
Sonrakı xəbərNaxçıvan Muxtar Respublikasının hərbi hissələri qışa tam hazırdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın