Yüz minlərlə sosial şəbəkə istifadəçiləri Facebook, Instagram və WhatsApp uyğulamasına giriş edə bilmir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Facebook” və onun “Instagram”, “Whatsapp” sosial şəbəkə uyğulamalarının çalışmağında yaranan problem davam edir.

Dünyanın müxtəlif ölkələrindən olan on minlərlə istifadəçi sözügedən sosial şəbəkə xidmətlərindən yararlana bilmədiklərini vurğulayıblar.

Məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat verir ki, 80 mindən çox “Facebook” istifadəçisi, 70 minə yaxın “Instaqram” və 22 mindən çox “Whatsapp” istifadəçisi sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər.

İndi Rusiya, Ukrayna, Almaniya, ABŞ, Böyük Britaniya, Braziliya və Küveyt də olmaqla dünyanın bir çox ölkələrindən olan sosial şəbəkə istifadəçiləri xidmətlərin işində yaranan problemlərdən şikayətlənirlər.

Problemin səbəbi hələlik bilinmir.

“Facebook”un qurucusu Mark Zukerberq artıq iki saata 6,6 milyard dollar itirib

Mark Zukerberq “Facebook”, “Instagram” və “WhatsApp”ın çalışmasında yaranan problemlərə görə artıq 6,6 milyard dollar itirib.

“Facebook”un qurucusu təkcə iki saat boyunca baş verən problemlərlə bağlı “Forbes”in milyarderlər siyahısında sürətlə geriləyərək altıcı yerə enib.

“Facebook” işçiləri şirkət binasına daxil ola bilmir

“Facebook” şirkətinin işçiləri sosial şəbəkənin işində yaranan problemi öyrənmək və indiki durumu dəyərləndirmək üçün şirkət binasına da girə bilmirlər.

Bununla bağlı “New York Times” dərgisinin müxbiri Şira Frenkel məlumat verib. Onun sözlərinə görə, işçilərin binaya giriş kartı şirkətin qapılarını açmır.

“Gmail”, “TikTok”, “Twitter”, “VKontakte”, “Google” və “Amazon”un da çökdüyü deyilir

“Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrində yaranan problemin ardınca “Gmail”, “TikTok”, “Twitter”, “VKontakte”, “Google” və “Amazon”un da fəaliyyətində problemlər yaşanmağa başlandığı iddia edilir.

“Gmail” isə qeyd olunan problemlərlə bağlı məlumatları təkzib edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın